“Koroğlu” ASC-nin 65 min dolları mənimsənilib
24 sentyabr 2009 11:45 (UTC +04:00)

“Koroğlu” ASC-nin 65 min dolları mənimsənilib

0
Pulları mənimsəməkdə təqsirləndirilən Naxçıvan sakini həbs edilib

“Koroğlu” Açıq tipli Səhmdar Cəmiyyətinin (ASC) 65 min ABŞ dolları məbləğində pulunu mənimsəyən şəxs həbs edilib.

Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Naxçıvan Muxtar Respublikasının sakini, 1984-cü il təvəllüdlü Nurlan Ehtiram oğlu Əzimov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. O, Bakı şəhərində fəaliyyət göstərən “Koroğlu” ASC-nin 65 min dollar pulunu mənimsəyib.

Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əzimov Naxçıvanda tutularaq Bakı şəhərinə gətirilib.

Hazırda onun barəsində başlanan cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 529

Oxşar yazılar