Bakıda yol polisini bıçaqladılar
08 yanvar 2010 13:00 (UTC +04:00)

Bakıda yol polisini bıçaqladılar

0
Qaradağ rayonu ərazisində naməlum piyada yol patrul xidmətinin əməkdaşını bıçaqlayıb.


Bu barədə Lent.az-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, yanvarın 8-də saat 04:30 radələrində rayonun Lökbatan qəsəbəsində 384 saylı polis ekipaj avtomobilində xidmət aparan polis serjantı Həşimov Elçin Məmmədhəsən oğlu naməlum piyada tərəfindən bıçaqlanıb. O, Lökbatan qəsəbəsindəki 19 saylı xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 872

Oxşar yazılar