Lerikin 40 kəndinə elektrik enerjisinin verilişi bərpa olunub
0
0
Yanvarın 1-də və 2-də ölkənin cənub bölgəsində baş vermiş təbii fəlakətin nəticələri aradan qaldırılır. Görülən tədbirlər nəticəsində bu gün Lerik rayonunda 40, Astarada isə 15 kəndə elektrik enerjisi verilişi bərpa olunub.
“Azərenerji” Səhmdar Cəmiyyətindən Lent.az-a bildiriblər ki, hazırda Lerik rayon mərkəzinin 50 faizindən çoxunda elektrik enerjisinin verilişi normal haldadır. Həmçinin Masallı rayonunda da küləyin təsirindən sıradan çıxmış transformatorların fəaliyyəti bərpa olunub.
Hazırda hər üç rayonda təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Elxan SALAHOV