Milli Ordunun əsgəri vəfat edib
05 yanvar 2010 17:45 (UTC +04:00)

Milli Ordunun əsgəri vəfat edib

0
Azərbaycan Ordusunun əsgəri Yaşar Nemət oğlu Cəfərov vəfat edib.


Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Belə ki, 1976-cı il təvəllüdlü Y.Cəfərov Murov dağında yerləşən N saylı hərbi hissədə qulluq edib. O, yanvarın 3-ü gecə saatlarında sağlamlığından şikayət edib və dərhal tibb məntəqəsinə çatdırılıb. Lakin saat 00.25 radələrində ürək çatışmazlığından dünyasını dəyişib.


Y.Cəfərov 2009-cu ilin oktyabr ayında Qaradağ rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.


Qeyd edək ki, Yaşar Cəfərovun ölümüylə bağlı ilk olaraq anspress məlumat yayıb. Məlumatda Türkiyədə yaşayan Y.Cəfərovun Azərbaycana gələrək könüllü olaraq hərbi xidmətə yollandığı bildirilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1090

Oxşar yazılar