Ermənilər Tovuz sakinini öldürdülər
29 dekabr 2009 20:15 (UTC +04:00)

Ermənilər Tovuz sakinini öldürdülər

0
Əlibəyli kənd sakini düşmən gülləsinin qurbanı olub

Dekabrın 28-də saat 18 radələrində Tovuz rayonunun Əlibəyli kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu Tovuzçay çayından qum yığarkən erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Tovuz rayon Polis şöbəsindən məlumat verilib. Məlumata görə, Eldar Tağıyev aldığı güllə yaralarından yerindəcə keçinib.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 515

Oxşar yazılar