“ZaminBank”ın Mərkəz filialının sabiq direktoruna 10 il həbs
29 dekabr 2009 15:15 (UTC +04:00)

“ZaminBank”ın Mərkəz filialının sabiq direktoruna 10 il həbs

0
Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, 10 il müddətinə azadlıqdan mərhum edilib.

İttihama görə, Bakı şəhər sakini, “Zamin Bank”ın Mərkəz filialının direktoru olmuş V.Xudiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bank sənədlərini saxtalaşdırmaqda təqsirli bilinir. Onun Bakı şəhər sakinləri Orxan Şirinov, Sərdar Qəribov və digər şəxslərin etibarlarından istifadə edərək, onların pul vəsaitlərini mənimsədiyi müəyyən edilib. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində V.Xudiyev tutulub.

Qeyd edək ki, V. Xudiyev Azərbaycan Respublikası Cinayət Məcəlləinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1077

Oxşar yazılar