Məktəb müəllimləri aclıq aksiyası keçirirlər
25 dekabr 2009 16:00 (UTC +04:00)

Məktəb müəllimləri aclıq aksiyası keçirirlər

0
Təhsil İdarəsi məktəbin səlahiyyətlərini mənimsəməkdə günahlandırılır

Moskvadakı orta məktəblərdən birinin müəllimləri paytaxtın Cənub-Şərq Dairəsinin Təhsil İdarəsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər.
Lent.az-ın “Exo Moskva” radiosuna istinadən verdiyi məlumata görə, müəllimlərin aclıq aksiyası 4 gündür ki, davam edir.
Aclıq edən müəllimlər vəzifəsini də yerinə yetirir, şagirdlərə dərs keçirlər. Müəllimə İrina Smirnovanın bildirib ki, Təhsil İdarəsi məktəbin ərzaqla təminatı ilə bağlı tenderi özü keçirməyə qərar verib, ancaq hər bir məktəbin özünün bununla bağlı tender keçirmək hüququ var.
Müəllimə deyib ki, məktəbin direktoru məzuniyyətdə olarkən tədris müəssisəsinə Təhsil İdarəsinin nümayəndələri gəliblər. Sonradan Təhsil İdarəsi əmr verərək məktəb direktorunu çıxarıb, onun yerinə yeni direktor təyin edib.
Məktəbin yeni rəhbərliyi isə ərzaq təmsinatı ilə bağlı tenderi Təhsil İdarəsinin keçirməsinə razılıq verib. Müəllimlər yeni rəhbərliyin bu hərəkətini qanunsuz sayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 631

Oxşar yazılar