14 il əvvəl Rusiyada qətl törədənə hökm 8 illik həbs
24 dekabr 2009 14:30 (UTC +04:00)

14 il əvvəl Rusiyada qətl törədənə hökm 8 illik həbs

0
Dekabrın 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Rusiya vətəndaşını qətlə yetirməkdə təqsirli bilinən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən 1967-ci il təvəllüdlü İsrail Mustafayevə hökm oxunub. Hökmə əsasən, İ.Mustafyev 8 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, İ. Mustafayev 1995-ci ildə Rusiya Federasiyası Komi Respublikasının Sıktıvkar şəhərində yaşayarkən, həmin şəhər sakini Şaqin Viktor Gennadiyevçlə tanış olub və sonuncunun işlədiyi “Qamma-İndustriya” tikinti şirkətində işə düzəlib.


Həmin ilin dekabrın 13-də aralarında yaranan mübahisə zəminində İ. Mustafayev Ş. Viktoru bıçaqlayaraq, qətlə yetirib.

İ.Mustafayev hadisəni törədəndən sonra Moskva şəhərinə, oradan da yaşadığı Yevlax şəhərinə gəlib. O, uzun müddət istintaqdan yayınsa da, 2009-cu ilin avqustun 5-də Yevlax şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 751

Oxşar yazılar