Bakda ailə faciəsi
24 dekabr 2009 12:10 (UTC +04:00)

Bakda ailə faciəsi

0
Bakının Səbayel rayonunda ana və oğul dəm qazından boğularaq ölüb. Bu barədə APA-ya Səbayel rayon Prokurorluğundan məlumat verilib.

Hadisə ötən gecə rayonun Arif İsmayılov küçəsi 3, mənzil 40 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayanlar - 85 yaşlı Zivər Bağırova və onun oğlu 57 yaşlı Vaqif Məmmədov dəm qazından boğulublar. Yaxınları hadisədən bir neçə saat sonra xəbər tuta bilib.

Faktla bağlı Səbayel rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 811

Oxşar yazılar