Məhkəmə icra nümayəndəsi barəsində xüsusi qərardad çıxardı
23 dekabr 2009 11:45 (UTC +04:00)

Məhkəmə icra nümayəndəsi barəsində xüsusi qərardad çıxardı

0
Ağsu rayonu Kalva kəndinin icra nümayəndəsi Hatəmşah Müslümov həmin kəndin 8 sakininin 2 hektara yaxın pay torpağını qanunsuz şəkildə “Pərvanə” MMC-yə satmaqda günahlandırılır.


Bu barədə Lent.az-a həmin kəndlilərin hüquqlarını müdafiə edən Məmməd Əhmədoğlu məlumat verib. O bildirib ki, H.Müslümov torpaq sahiblərinin yaşlı olmasından istifadə edərək onları aldadıb. Kəndlilərə məxsus pay torpaqlarına cüzi pul ödəyən, (sotuna 2-3 manat) icra nümayəndəsi həmin torpaqları baha qiymətə “Pərvanə” MMC-yə satıb.


Torpaq sahibləri icra nümayəndəsinin əməlindən məhkəməyə şikayət ediblər. Məsələyə ilk dəfə Ağsu rayon Məhkəməsində baxılıb. Məhkəmə kəndlilərin xeyrinə qərar çıxarıb. Məhkəmənin qərarından qarşı tərəf apellyasiya şikayəti verib. Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti təmin etməyərək, kənd icra nümayəndəsi barəsində xüsusi qərardad çıxarıb.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1155

Oxşar yazılar