Nizami rayonunda kişi meyiti tapılıb
23 dekabr 2009 11:35 (UTC +04:00)

Nizami rayonunda kişi meyiti tapılıb

0
Bakı şəhər, Nizami rayonu, Şərifli küçəsi, 96 ünvanında kişi meyiti tapılıb.

Bu barədə Lent.az-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib. Mərhumun Bakı şəhəri sakini, 1971-ci il təvəllüdlü Əhmədov Azər Akif oğlu olduğu müəyyənləşib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Meyit müayinə olunması üçün ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.
Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar