Yermak  azadlığa buraxıldı - YENİLƏNİB
18 may 2026 12:49 (UTC +04:00)

Yermak azadlığa buraxıldı - YENİLƏNİB

0

Zelenskinin Ofisinin sabiq rəhbəri Yermak istintaq təcridxanasından buraxılıb.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

***

11:01

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak üçün 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) məbləğində girov qoyulub.

Bu barədə “UNIAN“ın müxbirinə Ali Antikorrupsiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Məhkəmədən bildirilib ki, bu gün Yermak girov qoyulması ilə əlaqədar həbsdən azad edilməlidir.

Andrey Yermak mayın 14-dən istintaq təcridxanasındadır.

***

14 may, 10:46

Ukrayna məhkəməsi Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermakı 60 gün müddətinə həbs edib.

Ukrayna mediasının xəbərinə görə, Yermak Kiyev yaxınlığında elit tikinti zamanı çirkli pulların yuyulması işində təqsirli bilinir.

Məhkəmə 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) məbləğində girov təyin edib. İstintaqa görə, söhbət 460 milyon qrivnanın leqallaşdırılmasından gedir.

Girov qoyulduğu təqdirdə, Yermak hər bir tələb üzrə müstəntiqə müraciət etməli, yaşayış yerinin və ya iş yerinin dəyişdirilməsi barədə məlumat verməli, Kiyevdən ayrılmamalı, pasportlarını təhvil verməli, şübhəli və şahidlərlə ünsiyyətdən çəkinməlidir, eyni zamanda, elektron qolbaq taxmalıdır.

Yermak ittihamları əsassız adlandırıb və girov qoymaq üçün pulunun olmadığını bildirib. Qərardan apellyasiya şikayəti veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1272

Oxşar yazılar