"İphone"nin 20 illiyi üçün sürpriz model
18 may 2026 09:37 (UTC +04:00)

"İphone"nin 20 illiyi üçün sürpriz model

0

Texnologiya dünyasında diqqət çəkən yeni iddia yayılıb. Apple şirkətinin "iPhone"nin 20 illiyinə xüsusi model hazırladığı bildirilir. Məlumata görə, bu yubiley modeli 2027-ci ildə təqdim olunacaq və indiyə qədərki cihazlardan kəskin şəkildə fərqlənəcək.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni model hazırda gözlənilən iPhone 17 seriyasından tam fərqli dizayn konsepsiyasına malik olacaq və şirkət bu dəfə daha cəsarətli addım atmağa hazırlaşır.

Bildirilir ki, cihazın dizaynı yeni əməliyyat sistemi iOS 26 ilə sıx inteqrasiya olunacaq. Bu sistem “Liquid Glass” (yəni “maye şüşə”) konsepsiyası üzərində qurulub və vizual olaraq daha şəffaf, axıcı görünüş təqdim edəcək.

Şirkət daxilində bu yeni dizayn yanaşması “Glasswing” adlandırılır. Bu termin şəffaf qanadlara malik real kəpənək növünə istinad edir və cihazın da eyni dərəcədə yüngül, incə və demək olar ki, şəffaf görünəcəyinə işarə edir.

Məlumata görə, Apple bu modeldə proqram təminatı ilə fiziki dizayn arasında maksimum uyğunluq yaratmağa çalışır. Ekran sanki cihazın korpusunun davamı kimi görünəcək və istifadəçi interfeysi ilə aparat hissəsi bir bütöv sistem kimi təqdim olunacaq.

Hələlik texniki xüsusiyyətlər açıqlanmasa da, ekspertlər bu modeli Apple tarixində ən böyük dizayn yeniliklərindən biri kimi qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar