AZAL: Naxçıvan Aeroportu ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər YALANDI  -VİDEO
17 may 2026 13:04 (UTC +04:00)

AZAL: Naxçıvan Aeroportu ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər YALANDI -VİDEO

0

Azərbaycan Hava Yolları (AZAL) bildirir ki, sosial şəbəkələrdə yayılan və Naxçıvan Beynəlxalq Hava Limanında hazırkı vəziyyəti əks etdirdiyi iddia olunan köhnə görüntülər həqiqəti əks etdirmir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hazırda Naxçıvan istiqamətində uçuşlar əvvəlki qaydada həyata keçirilir, hava limanında əməliyyat vəziyyəti stabildir və sərnişinlərə xidmət ştat rejimdə davam edir.

Son günlər müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərdə dəyişikliklər baş versə də, bütün qərarlar uçuş təhlükəsizliyi prioritet götürülərək qəbul olunub.

Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi mənbələr tərəfindən yayılan məlumatlara istinad olunmasını tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar