Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev
17 may 2026 10:27 (UTC +04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev

WUF13 çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı xüsusi təqdimatlar olacaq

0

Azərbaycan şəhərsalma istiqamətində artıq nümunə göstərib. Xüsusilə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri mühüm təcrübə hesab olunur.

Lent.azAPA-Economics”ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O qeyd edib ki, WUF13 çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı qonaqlar üçün xüsusi təqdimatlar olacaq:

“Əsas diqqət məhz post-münaqişə dövründə bərpa modelinə yönələcək. Azərbaycan artıq 2026-cı ildə bu istiqamətdə böyük yol keçib.

Bu müddət ərzində müxtəlif sahələrdə, yəni institusional təşkilatlanma, planlaşdırma yanaşması, tikinti prosesləri, insanların doğma torpaqlarına qayıdışı və həyatın yenidən canlandırılması istiqamətində mühüm nəticələr əldə olunub. Bu təcrübə beynəlxalq ictimaiyyət üçün də maraqlıdır.

Bu gün dünyada münaqişə bölgələrinin sayı azalmır, əksinə artır. Buna görə də gec-tez post-münaqişə və fövqəladə vəziyyətlərdən sonra ərazilərin bərpası məsələsi bir çox ölkələrin gündəminə gələcək. Azərbaycan da bu sahədə topladığı təcrübəni beynəlxalq platformada paylaşmağa hazırdır”.

Anar Quliyev deyib ki, Qarabağ və Şərqi Zəngəzur üzrə aparılan işlər bu baxımdan xüsusi maraq doğurur:

“Eyni zamanda Bakının Baş Planı artıq təsdiqlənib və bir neçə ildir icra olunur. Tədbir çərçivəsində yaradılmış pavilyonda Bakının Baş Planı ilə bağlı təqdimat keçiriləcək. Bununla yanaşı, Azərbaycanın bütün 79 şəhəri üzrə, o cümlədən onların baş planları ilə bağlı məlumatlar təqdim olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar