Mourinyo "Barselona"nın oyunçusunu  "Real"a gətirmək  istəyir
17 may 2026 10:57 (UTC +04:00)

Mourinyo "Barselona"nın oyunçusunu "Real"a gətirmək istəyir

1

Portuqaliyalı məşqçi Joze Mourinyo "Barselona"nın oyunçusu Markus Reşfordu "Real"a gətirməkdə maraqlı olduğunu bildirib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, gələn həftə "Real"a təyinatı açıqlanacaq Mourinyo şəxsən rəhbərlikdən hücumçunu transfer etməyi xahiş etdiyi bildirilir.

Məşqçi və oyunçu əvvəllər bir neçə mövsüm "Mançester Yunayted"də birlikdə çalışıblar. Bundan əlavə, Mourinyo "Real"ın İspaniyadakı əsas rəqibi "Barselona"nı qəzəbləndirməyə ümid edir.

Маркус Рэшфорд

Mayın 11-də hazırda "Benfika"nı çalışdıran Mourinyonun mövsümün sonunda "Real"a gedəcəyi bildirilib. Madrid klubunun rəhbərliyi ayrılan Xabi Alonsonun yerinə bir neçə namizədi nəzərdən keçirsə də, klub prezidenti Florentino Peres Mourinyonu seçmək qərarına gəlib.

Portuqaliyalı məşqçi əvvəllər 2010-cu ildən 2013-cü ilə qədər "Real"a rəhbərlik edib. Madrid komandası ilə məşqçi İspaniya çempionluğunu, eləcə də İspaniya Kubokunu və Super Kubokunu qazanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 206

Oxşar yazılar