Ermənistanda seçkilərə   təsir göstərmək istəyən "qanuni oğru"  axtarışa verildi
16 may 2026 16:45 (UTC +04:00)

Ermənistanda seçkilərə təsir göstərmək istəyən "qanuni oğru" axtarışa verildi

0

Ermənistanda parlament seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd etməkdə ittiham olunan “qanuni oğru”ya cinayət işi açılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, İstintaq Komitəsinin versiyasına görə, o, hədə-qorxu və nalayiq ifadələr işlədərək kriminal qrupun üzvü K.Q.-ya və digər şəxslərə “Civil Contract” partiyasına səs verilməməsi üçün təşviqat aparmağı tapşırıb. İstintaqın iddiasına əsasən, həmin gün K.Q. bu göstərişi başqa şəxslərə də ötürüb.

A.D.-yə qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb: kriminal iyerarxiyada ali statusun mənimsənilməsi və seçki hüququnun həyata keçirilməsinə mane olma. K.Q. isə kriminal subkulturanın daşıyıcısı olan qruplaşmada iştirak etdiyinə görə məsuliyyətə cəlb olunub.

A.D. barəsində həbs qətimkan tədbiri seçilib və o, axtarışa verilib. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar