“Ayaks” “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegeni transfer etmək istəyir.
Lent.az xəbər verir ki, Niderland təmsilçisi heyətini təcrübəli qapıçı ilə gücləndirmək istəyir. 34 yaşlı futbolçu yanvar ayından etibarən “Girona” komandasında icarə əsasında çıxış edir.
Mənbənin məlumatına görə, “Ayaks” həmçinin “Barselona”nın digər qapıçısı İnyaki Penyanı da izləyir. O, hazırda “Elçe” komandasında icarə əsasında oynayır. Bildirilir ki, “Barselona” klubunda nə ter Ştegenə, nə də Penyaya ümid bəslənilir.
Ter Ştegen yanvar ayından budun arxa əzələsinin zədəsindən sonra bərpa prosesi keçir. Onun Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 4 milyon avro təşkil edir.