Bu gün Azərbaycan I Liqasında 26-cı tura yekun vurulub.
Apasport.az xəbər verir ki, lider “Şəfa” “Cəbrayıl”ı qəbul edib.
"Şəfa" bu oyunda qalib gələcəyi, yaxud ən yaxın izləyicisi “Səbail”in xal itirəcəyi təqdirdə sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Komanda işi şansa buraxmayıb.
Bakı təmsilçisi evdə qalib gələrək I Liqanın çempionu olub. Bununla da, komanda Premyer Liqaya vəsiqə qazanıb.
15 may (cümə)
Azərbaycan I Liqası
XXVI tur
17:00.“Mingəçevir” – MOİK 3:1
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
17:00.“Səbail” – “Şahdağ Qusar” 0:0
“Bayıl Arena”
17:00.“Baku Sportinq” – “Zaqatala” 3:0
Buzovna qəsəbə stadionu
17:00.“Şəfa” – “Cəbrayıl” 1:0
Binə qəsəbə stadionu