Azyaşlı qızları xilas edən MMA döyüşçüsü özü öldü
15 may 2026 13:56 (UTC +04:00)

Azyaşlı qızları xilas edən MMA döyüşçüsü özü öldü

0

Qırğızıstanlı MMA döyüşçüsü Mədət Jeenaliyev Issık-Kul gölündə boğulan uşaqları xilas etməyə çalışarkən həlak olub.

Lent.az xəbər verir ki, azyaşlı dörd qız Baktu-Dolonotu kəndindəki çimərlikdə istirahət edirmiş. Onlardan biri göldə çimərkən güclü dalğalar səbəbindən boğulmağa başlayıb. İdmançı dostu ilə birlikdə uşaqlara kömək etmək üçün suya girib.

Kişilər boğulan məktəblini xilas edə bilsələr də, Medet Jeenaliyev özü həyatını itirib.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 30 yaşlı idmançının cəsədi ertəsi gün tapılıb və ailəsinə təhvil verilib.

Jeenaliyev yüngül çəkidə çıxış edirdi. O, peşəkar karyerası ərzində dörd döyüş keçirib, bunlardan ikisində qalib gəlib, ikisində isə məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar