Tədqiqatçıların sözlərinə görə, yaxın gələcəkdə dünya ağcaqanadlarla mübarizə üsullarına yanaşmanı kökündən dəyişə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, sarımsaq uzun illərdir həşəratlara qarşı təbii vasitə kimi tanınır. Lakin son araşdırmalar göstərir ki, onun təsiri düşünüldüyündən də güclü ola bilər.
Sarımsağın tərkibindəki bəzi maddələr təkcə milçək və ağcaqanadları uzaqlaşdırmır, həm də onların çoxalma qabiliyyətini zəiflədir.
Bu maddələrin təsirindən sonra həşəratların cütləşmə və yumurta qoyma aktivliyi azalır. Bu isə gələcəkdə daha əlçatan və ekoloji təmiz zərərverici vasitələrinin hazırlanmasına əsas ola bilər.
Ev şəraitində ağcaqanadlara qarşı ən təsirli vasitələrdən biri sarımsaq ekstraktı əlavə edilmiş krem və ya digər məhsullar ola bilər, hətta onların tipik sarımsaq qoxusu olmasa belə.
Araşdırmaçılar hesab edirlər ki, bu üsul adi bitkilər və kənd təsərrüfatı məhsulları arasında yeni təbii zərərverici vasitələrinin tapılmasına kömək edəcək. Belə maddələr kimyəvi insektisidlərə daha təhlükəsiz alternativ ola bilər.