Yol polisi Qaxda reyd keçirdi
14 may 2026 16:33 (UTC +04:00)

Yol polisi Qaxda reyd keçirdi

0

Qaxda yol polisi “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirib.

Lent.az xəbər verir ki, avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində yol polisi əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. 

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib.

Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələri sürücülərinin diqqətinə bu halın aradan qaldırılmasının vacibliyi çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar