Oktay Kaynarca xəstəxanaya yerləşdirildi
14 may 2026 17:30 (UTC +04:00)

Oktay Kaynarca xəstəxanaya yerləşdirildi

0

Məşhur türkiyəli aktyor Oktay Kaynarca səhhətində yaranan problem səbəbindən təcili xəstəxanaya aparılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor səhər saatlarında qəfil özünü pis hiss edib və dərhal həkim nəzarətinə götürülüb.

Aparılan müayinələr zamanı onun qida zəhərlənməsi keçirdiyi müəyyən olunub. Həkimlərin etdiyi ilkin müdaxilədən sonra Oktay Kaynarcanın vəziyyəti yaxşılaşıb.

Hazırda aktyorun səhhəti nəzarət altındadır və ciddi təhlükənin olmadığı qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar