"Mançester Siti"nin oyunçusu uğrunda iki İspaniya klubu  mübarizə aparır
14 may 2026 13:09 (UTC +04:00)

"Mançester Siti"nin oyunçusu uğrunda iki İspaniya klubu mübarizə aparır

0

İspaniya çempionatının sona çatması və yay transfer pəncərəsinin açılması ilə əlaqədar La Liqanın iki aparıcı komandası "Mançester Siti"nin hücumçusu ilə maraqlanmağa başlayıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, söhbət 2025-ci ilin yayında "Mançester Siti"yə qoşulan və bu mövsüm Premyer Liqada 20 oyunda üç qol vuran Ömər Marmuşdan gedir.

Misirli “Mançester Siti”də Pep Qvardiolanın əsas heyətində yerini təmin edə bilməyib və ehtiyat oyunçu kimi meydana buraxılır.

Bu səbəbdən, "Barselona" və "Atletiko"nun onu transfer etməyi düşündüyü bildirilir. Komandalar onun ehtiyat oyunçu olduğu üçün qiymətin çox yüksək olmayacağına və hücumlarını gücləndirə biləcəklərinə inanırlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar