Hansı ana sözü uşaqların yaddaşında  ömür boyu qalır və qocaldıqda belə unudulmur?
15 may 2026 13:13 (UTC +04:00)

Hansı ana sözü uşaqların yaddaşında ömür boyu qalır və qocaldıqda belə unudulmur?

0

Ailə psixoterapevti, uşaqların tərbiyəsi ilə bağlı bestsellerlərin müəllifi Krissi Diraf deyir ki, onun həyatda ən böyük şanslarından biri uşaqluğunda anasından daim dəstək sözləri eşitməsi olub. Anası vəziyyətdən asılı olmayaraq ona “Mən səninlə fəxr edirəm” deyirmiş və bu ifadə illər boyu onun daxili dayağına çevrilib.

Lent.az-ın arici mediaya istinadən xəbərinə görə, psixoterapevt xatırladır ki, anası bu sözləri həm ağır işdən sonra yorğun və üst-başı çirkli olanda, həm düzgün qərar verəndə, həm də səhv etdiyi vaxtlarda deyirdi.

“Mən özümlə fəxr etməyi öyrənərək böyüdüm və indi də özümlə fəxr edirəm”, - o bildirir.

Mütəxəssislərin fikrincə, ananın dəstəyi insanın özünəinamının əsasını formalaşdırır və bu təməl ən çətin dövrlərdə belə dağılmır. Psixoloq Yevgeniya Aradji izah edir ki, uşaqlar xüsusilə altı yaşına qədər analarından eşitdikləri təkrarlanan sözləri şüuraltına “proqram” kimi yazırlar. İnsan böyüyəndə həmin sözləri harada eşitdiyini unutsa belə, o fikirlər daxildə işləməyə davam edir və çox vaxt öz düşüncəsi kimi qəbul olunur.

Hansı ifadələr uşağın yaddaşında “dayaq” kimi qalır?

Ən təsirli ifadələrdən biri də “Sən gözəlsən” sözüdür. Amma burada söhbət yalnız zahiri görünüşdən getmir. Müdrik analar bunu uşaq yaxşı bir hərəkət etdikdə, xarakter gücü göstərdikdə və ya çalışqan olduqda deyirlər. Beləliklə, qız uşağı anlayır ki, əsl gözəllik insanın daxilində davranışında və qərarlarında gizlidir, güzgüdəki görünüşündə yox.

Digər mühüm ifadə isə “Sən bacaracaqsan” fikridir. Uşaq tərəddüd etdikdə və nə edəcəyini bilmədikdə ananın ona inanması böyük rol oynayır. Qərar verməyi bacarmaq sağlam özünəinamın əsas şərtlərindən biridir. Ana uşağın seçimini daim şübhə altına almadıqda, o öz həyatının əsas şəxsi olduğunu hiss edir, eyni zamanda ehtiyac yarananda yanında dəstəyin olduğunu bilir.

Daha bir vacib cümlə isə “Sən nə etmək istəyirsən?" sualıdır. Ana əmr vermək əvəzinə uşağın fikri ilə maraqlanır, onun hisslərini dinləyir. Belə uşaqlar böyüyəndə anlayırlar ki, onların fikri önəmlidir və başqalarının təzyiqinə kor-koranə tabe olmaq lazım deyil.

Uşağı incidən və dağıdan sözlər

Təəssüf ki, bütün ana sözləri dəstəkverici olmur. Psixoloqlar bildirirlər ki, bəzi ifadələr uşağın yaddaşında dağıdıcı təsir yaradır. “Məndən sənə iş çıxmaz”, “Əlin heç nəyə yatmır” kimi sözlər insanın gələcəkdə hər hansı işə başlamazdan əvvəl belə özünü uğursuz hiss etməsinə səbəb ola bilər.

“Hamı uşaq kimidir, bircə sən başqa cürsən” kimi müqayisələr isə uşağın özünü digərlərindən aşağı görməsinə gətirib çıxarır. Xüsusilə başqa uşaqlarla müqayisə etmək təhlükəlidir.

Uşaq həm anasına qarşı inciklik hiss edir, həm də müqayisə olunduğu insanlara qarşı mənfi münasibət formalaşdırır. Bu hiss isə illərlə qalır. “Səni kim istəyər?" kimi ifadələr isə insanın gələcək münasibətlərinə və karyerasına mənfi təsir edən ən təhlükəli tərbiyə formalarından hesab olunur.

Niyə ananın səsi insanın içində ömür boyu qalır?

Maria Montessori uşaqlarla danışarkən sözlərə diqqət etməyi tövsiyə edirdi. Onun fikrincə, uşaq yalnız eşitməməli, deyilənləri daxilən qəbul etməlidir. İnsanın böyüyəndə özü haqqında nə düşünəcəyi çox vaxt uşaqlıqda eşitdiyi sözlərdən asılı olur.

Dəstək verən sözlər insanın daxili gücünə çevrilir, incidən sözlər isə illərlə daşıdığı yükə. Ananın “Mən səninlə fəxr edirəm” deməsi isə ən güclü həyat dayaqlarından biri hesab olunur insanı ən ağır vaxtlarda belə ayaqda saxlayan daxili səs kimi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar