Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır
16 may 2026 10:51 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır

0

Bu gün Bakıda Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu başlayır.

Lent.az APA-ya istinadla xəbər verir ki, “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində baş tutan Forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstandan vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edəcək.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumları da gerçəkləşdiriləcək.

Qeyd edək ki, son 7 ayda artıq 2-ci dəfədir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri Azərbaycanda toplaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar