Robert Levandovski sosial media hesablarında "Barselona"dan ayrılacağını elan edib.
Polyak futbolçu kluba 33 yaşında qoşulub və hətta bu yaşda belə dünyanın ən yaxşılarından biri olaraq qalıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dörd mövsüm ərzində o, komandaya o qədər çox töhfə verib ki, rəqəmlərlə ölçmək mümkün deyil, amma əsas məqamlar bunlardır:
• 190 oyun;
• 120 qol;
• 24 məhsuldar ötürmə;
• 3 İspaniya liqası titulu;
• 1 İspaniya Kuboku;
• 3 İspaniya Super Kuboku;
• 1 Piçiçi Kuboku.