"Çexiya Qarabağın bərpasına dəstək verməyə hazırdır" - Nazir -VİDEO
17 may 2026 15:46 (UTC +04:00)

"Çexiya Qarabağın bərpasına dəstək verməyə hazırdır" - Nazir -VİDEO

0

“Çexiya və Azərbaycan şəhərləri və bələdiyyələri arasında əməkdaşlıq hər iki ölkə üçün son dərəcə faydalı olacaq”

Bunu Mənzil və WUF13-ün qonaqlarından biri olan Çexiyanin regional inkişaf naziri Zuzana Mrazova APA TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, Çexiya və Azərbaycan şəhərləri və bələdiyyələri arasında əməkdaşlıq hər iki ölkə üçün son dərəcə faydalı olacaq:

“Çexiyanın Regional İnkişaf Nazirliyi Çexiya və Azərbaycan şəhərləri və bələdiyyələri arasında birbaşa əlaqələrin qurulmasına kömək etməyə hazırdır. Şəhərlərdə ağıllı həllərin tətbiqi sahəsində zəngin təcrübəmiz var və əminəm ki, bu təcrübəni Azərbaycana uğurla ötürmək mümkündür. Qarabağda tikinti-bərpa işləri prosesində Çexiya şirkətləri iqtisadi və praktiki dəstək göstərə bilər. Bizim şirkətlər, məsələn, tikinti və ya tibb müəssisələrinin inkişafı sahəsində faydalı ola bilər, çünki Çexiya tibb sahəsinin yüksək səviyyədə inkişaf etməsi ilə məşhurdur. Düşünürəm ki, bu istiqamətlərdə sizə əhəmiyyətli yardım göstərə biləcəyik".

Aygün Carciyeva

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar