Saç yuyarkən edilən səhvlər: Saçınıza zərər verir
17 may 2026 21:48 (UTC +04:00)

Saç yuyarkən edilən səhvlər: Saçınıza zərər verir

0

Mütəxəssislər bildirir ki, saç yuyarkən ən böyük səhv şampunu birbaşa saç tellərinə vurmaqdır. Şampun əsasən saçın özünü deyil, baş dərisini təmizləmək üçündür. Saç tellərini çox ovmaq onların qurumasına və zədələnməsinə səbəb ola bilər.

Lent.az xəbər verir ki, araşdırmalara görə, saçın hər gün düzgün şəkildə yuyulması zərərli deyil, əksinə həddindən artıq yağlanma və məsamələrin tutulması kimi problemlərə kömək edə bilər.

Ekspertlər saçın bir dəfə deyil, iki mərhələdə yuyulmasını tövsiyə edir: ilk yuma kir və yağı təmizləyir, ikinci yuma isə baş dərisini daha dərindən təmizləyir.

Həmçinin şampunu tam durulamamaq qaşınma və qıcıqlanmaya səbəb ola bilər. Buna görə saçın tam təmizləndiyi qənaətinə gəldikdən sonra başı əlavə 30 saniyə su altında saxlamaq məsləhət görülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar