Zaqatala dağlarında itkin düşən gənc tapılıb.
Lent.az xəbər verir ki, 24 yaşlı Ələsgər Hüseynli Polis əməkdaşları və yerli bələdçilər tərəfindən Honzoqor yaylağında tapılıb.
İlkin məlumata görə, onun telefonunun enerjisi bitdiyi üçün yaxınları ilə əlaqəsi kəsilib və məkanı ata bilməyib.
Polis əməkdaşlarının səyi nəticəsində gəncin olduğu məkan müəyyənləşib və o köməksiz vəziyyətdə aşkar edilib.
***
saat 23:00
Bakı sakini Böyük Qafqaz dağlarının Zaqatalada rayonu ərazisindən keçən hissəsində itkin düşüb.
Lent.az xəbər verir ki, əslən Zəngilan rayonu Veynəli kəndindən olan, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Ələsgər Əfrahim oglu Hüseynli mayın 15-də Zaqatala rayonu ərazisində yerləşən, yüksək dağlıq ərazi olan Honzoqor yaylağına qalxıb. Onun həmin ərazidə itkin düşdüyü bildirilir.
Bu gün səhər saatlarında Ə.Hüseynli Bakı şəhərində yaşayan atasına mobil telefon vasitəsi ilə yolunu azdığını yazıb. Daha sonra ona zəng çatmayıb.
Hadisə barədə polisə məlumat verilib.
Hazırda onun axtarışları davam etdirilir.
Vüqar Heydərov