Netanyahu: Xameneinin iqamətgahını məhv etdik , artıq onun özünün də olmadığına dair bir çox əlamət var
28 fevral 2026 23:36 (UTC +04:00)

Netanyahu: Xameneinin iqamətgahını məhv etdik, artıq onun özünün də olmadığına dair bir çox əlamət var

0

İranın Ali Rəhbəri Əli Xameneinin öldürüldüyünə dair əlamətlər artır.

Lent.az xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahu İsrail ictimaiyyətinə videomüraciətində bildirib.

O, bu səhər İsrailin SEPAH komandirlərini, İranın yüksək vəzifəli rəsmilərini və yüksək vəzifəli nüvə rəsmilərini məhv etdiyini bildirib.

Netanyahu qeyd edib ki, yaxın günlərdə İranın minlərlə hədəfini vuracaqlar.

"Xameneinin iqamətgahını dağıtdıq və İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərini və yüksək səviyyəli nüvə məmurlarını öldürdük", - Netanyahu bəyan edib.

O, əməliyyatın lazım olduğu qədər davam edəcəyini əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar