Makrona sui-qəsd edən  həbs olundu
17 iyun 2023 15:20 (UTC +04:00)

Makrona sui-qəsd edən həbs olundu

0

Fransada bir nəfər prezident Emmanuel Makronun həyatına qəsddə şübhəli bilinərək saxlanılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə 2023-cü il aprelin 27-də Makron 1791-1804-cü illər Haiti İnqilabının liderinin xatirəsinə həsr olunmuş mərasimdə iştirak edərkən baş verib. Pensiya islahatına etiraz edənlər dövlət başçısının səfər etdiyi “Chateau de Joux” binasının önünə toplaşıblar. Onlar mühafizəçilərin sipərini yarmağa çalışıblar və nəticədə polis gözyaşardıcı qazdan istifadə edib. Təyyarə yeni qalxmağa başlayanda etirazçılardan biri helikopterə qaz bombası olan raket atıb.

Məlum olub ki, “solçular”ın fəalı olan 20 yaşlı dülgər prezident idarəsinə tüstü bombası atıb. Bu həftə onu öz evində saxlayıblar və həbs ediblər.

Həmin şəxs terror təşkilatı ilə sui-qəsddə ittiham olunub. Ekspertiza hazırda onun əməlini araşdırır.

Saxlanılan şəxs əməlini inkar etməyib. O, bu yolla dövlət başçısının siyasəti ilə razılaşmadığını bildirmək istədiyini etiraf edib. İttiham tərəfi şübhəlinin həbs müddətinin uzadılmasında israrlıdır. Saxlanılan şəxs psixoloji müayinədən də keçəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1849

Oxşar yazılar