Corc Buş (2001-2009-cu illərdə ABŞ-ın 43-cü prezidenti) “Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin bir vaxtlar Sankt-Peterburqda ona yemək verdiyini biləndən sonra “şoka düşdü”.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə. Yalta Avropa strategiya konfransında çıxışı zamanı videobağlantı vasitəsilə çıxış edən Buşdan Priqojinin təyyarəsinin vurulması xəbərinin onu şoka salacağını düşünüb-düşünmədiyini soruşublar.
“Xeyr, məni şoka salan odur ki, ötən gün Sankt-Peterburqda G8 sammitinin fotosunu gördüm, orada mənə yemək verən adam idi”, - deyən Buş və Priqojini Rusiya prezidentinVladimir Putinin aşpazı adlandırıb. Buş onunla şəxsən görüşdüyünü xatırlamadığını da söyləyib.
Məlumatda qeyd edilir ki, 2006-cı il iyulun 14-də çəkilən fotoda Corc Buş və həyat yoldaşı Laura Buş G20-nin 32-ci sammiti zamanı Konstantinovski sarayında Priqojin və Putinlə nahar edən anları əks etdirir.