Ukraynanın sabiq energetika naziri Herman Qaluşşenko fevralın 15-nə keçən gecə dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri mənbələrə istinadən məlumat yayıb.
Sabiq məmur qatardan endirilib. Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu tərəfindən Herman Qaluşşenko ilə bağlı rəsmi sorğu olub. Prosedura uyğun olaraq, cinayət işi üzrə şübhəli şəxst ölkə ərazisini tərk etməyə cəhd göstərərsə, sərhədçilər dərhal detektivləri məlumatlandırmalı idilər.
Qeyd edək ki, iş adamı Timur Mindichi cinayətkar təşkilat yaratmaqda və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin “yuyulmasında” şübhəli bilirlər. Bildirilir ki, 2025-ci il ərzində Mindichin energetika sahəsində cinayət fəaliyyəti faktları müəyyən edilib və bu fəaliyyət o vaxtkı energetika naziri Herman Qaluşşenkoya təsir göstərilməsi yolu ilə həyata keçirilib. Bundan sonra Ali Rada Herman Qaluşşenkonu nazir vəzifəsindən azad edib. Noyabrın 11-də Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu “Enerqoatom” ASC-də iri miqyaslı vəsait mənimsənilməsi sxeminin iştirakçılarının telefon danışıqlarının audioyazılarını yayımlayıb. Ehtimal olunur ki, həmin yazılarda sabiq energetika nazirinin danışıqları da yer alır.