Vuçiç Zirədən ixrac edilən məhsulların ləzzətindən danışdı
15 fevral 2026 18:44 (UTC +04:00)

Vuçiç Zirədən ixrac edilən məhsulların ləzzətindən danışdı

0

Biz iqtisadi əməkdaşlıq məsələlərinə, kənd təsərrüfatı sahəsinə toxunduq, bu sahədə də bir çox mübadilələr baş verə bilər. Hesab edirəm ki, Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir.

Lent.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

O, Azərbaycandan ölkəsinə xüsusi endirimlə məhsullar ixrac olunduğunu vurğulayaraq deyib: “Digər ixrac edilən məhsullarla müqayisədə bu, xeyli qəbuledilən bir qiymətdir. Ona görə düşünürük ki, bu sahədə işləməyən hökumət rəsmiləri buna baxmalıdırlar. Həmçinin bu sahədə də əməkdaşlıq yaratmalıdırlar və təbii ki, bizim azərbaycanlı dostlarımızın təklif etdiyi məhsulları almağa hazırlaşmalıdırlar”.

“Əlbəttə ki, bizim də Azərbaycana təklif edəcəyimiz çox məhsullar var”, – A.Vuçiç əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar