Naxçıvanda dəm qazı FACİƏSİ:  baba və 1 nəvəsi öldü, 4-ü  zəhərləndi - YENİLƏNİB
14 fevral 2026 18:47 (UTC +04:00)

Naxçıvanda dəm qazı FACİƏSİ: baba və 1 nəvəsi öldü, 4-ü zəhərləndi - YENİLƏNİB

0

Naxçıvanda dəm qazı sızması nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlılardan biri dünyasını dəyişib.

Lent.az APA-ya istinadla xəbər verir ki, uşaqların hamısı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüb.

Onlardan biri 9 yaşlı Məhəmməd Məsimov xəstəxanada dünyasını dəyişib.

***
12:15

Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 79 yaşlı Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib.

Evdə olan nəvələri - 6 yaşlı Fatimə Məsimova, 8 yaşlı Hüseyn Məsimov, 9 yaşlı Məhəmməd Məsimov, 5 yaşlı Əli Məsimov və 4 yaşlı Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 778

Oxşar yazılar