Rusiyada azərbaycanlıların təşkilatının fəaliyyəti qadağan olundu
14 fevral 2026 09:25 (UTC +04:00)

Rusiyada azərbaycanlıların təşkilatının fəaliyyəti qadağan olundu

0

Moskva şəhər Məhkəməsi Azərbaycan təşkilatı “Ümumi xalqın rifahı naminə”ni (VBON) ekstremist təşkilat kimi tanıyıb və onun Rusiya Federasiyası ərazisində fəaliyyətini qadağan edib.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, Moskva prokurorluğunun ekstremist fəaliyyətə qarşı mübarizə ilə bağlı Azərbaycan təşkilatı VBON-a qarşı qaldırdığı iddia məhkəmə tərəfindən təmin edilib və adı çəkilən təşkilatın Rusiyada fəaliyyəti qadağan olunub.

Məlumata əsasən, 2020-ci ilin oktyabrında VBON-un liderləri jurnalist Roman Ağayev və ictimai fəal Raqib Bayramov Moskvada xuliqanlıq ittihamı ilə saxlanılıblar. 2024-cü ildə məhkəmə hər ikisini dörd il müddətinə azadlıqdan məhrum edib.

Açıq mənbələrdə bildirilir ki, birliyin üzvləri ənənəvi dəyərlərə sadiq olduqlarını bəyan edir, həmvətənlərini adət-ənənələrə riayət etməyə və xeyriyyəçiliklə məşğul olmağa çağırırlar. Lakin sosial şəbəkələrdə təşkilat nümayəndələrinin vətəndaşları kameraya üzr istəməyə məcbur edərək döydüyünü əks etdirən videogörüntülər də yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar