Yaşlanmanın 44 və 60 olmaqla iki kritik mərhələsi  müəyyən edildi
15 fevral 2026 02:00 (UTC +04:00)

Yaşlanmanın 44 və 60 olmaqla iki kritik mərhələsi müəyyən edildi

0

Alimlər müəyyən edib ki, insan orqanizmi qocalma zamanı 44 və 60 yaşda iki əsas bioloji dönüş nöqtəsi yaşayır.

Lent.az-ın əldə etdiyi məlumata görə, 25–75 yaş arası 108 nəfərdən götürülən minlərlə bioloji nümunənin analizi göstərib ki, araşdırılan molekulların 81%-i bu dövrlərin ən azı birində kəskin dəyişir.

44 yaşda əsasən spirt, kofein və yağ mübadiləsi ilə bağlı ciddi dəyişikliklər baş verir, ürək-damar xəstəlikləri və dəri-əzələ zəifləməsi sürətlənir.

60 yaşda isə immun sisteminin tənzimlənməsi, böyrək funksiyası və karbohidrat mübadiləsi ön plana çıxır; ürək-damar və toxuma dəyişiklikləri davam edir.

Araşdırmanın diqqətçəkən nəticəsi odur ki, 44 yaşdakı dəyişiklik yalnız qadınlara xas deyil — eyni molekulyar sıçrayış kişilərdə də müşahidə olunur.

Stanford Universitetinin genetika mütəxəssisi Maykl Snayder bildirir ki, insanlar tədricən deyil, müəyyən dramatik dönüş nöqtələrində qocalır.

Bu kəşf yaşla bağlı xəstəliklərin niyə bəzi yaşlardan sonra sürətlə artdığını izah etməyə kömək edir və xüsusilə 40 və 60 yaşlara yaxın sağlam həyat tərzinin vacibliyini vurğulayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar