Yanvarın 1-dən bu şəhər və rayonlarda icbari tibbi sığorta tətbiq ediləcək
23 dekabr 2020 15:25 (UTC +04:00)

Yanvarın 1-dən bu şəhər və rayonlarda icbari tibbi sığorta tətbiq ediləcək

1

2021-ci il yanvar ayının 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, beləliklə ölkənin daha 36 şəhər və rayonu - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul icbari tibbi sığorta sisteminə qoşulacaq.

Sonuncu üçüncü mərhələdə,  2021-ci il aprelin 1-dən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.

Məlumat üçün bildirək ki, 2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.

“Tibbi sığorta haqqında” qanuna və Nazirlər Kabinetinin 2020-ci il aprelin 10-dakı 136 nömrəli qərarına uyğun olaraq 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq. İcbari tibbi sığortanın mərhələli tətbiqi barədə videoçarxa linkdən (https://its.gov.az/) baxa bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3410

Oxşar yazılar