Saxta "Daşkəsən balı" hazırlayan müəssisə aşkarlandı -  FOTO
18 dekabr 2020 10:21 (UTC +04:00)

Saxta "Daşkəsən balı" hazırlayan müəssisə aşkarlandı - FOTO

0

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, M. Ə. Sabir küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Arif Oruc oğluna məxsus evdə “Daşkəsən balı” əmtəə nişanı adı altında saxta bal məhsulunun qablaşdırılması müəyyən olunub.

Qurumdan Lent.az-a verilən məlumata görə, agentliyin əməkdaşları həmin ünvana baxış keçirəndə bal məhsullarının sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadan yaşayış evinin həyətində qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Qablaşdırılan bal məhsulundan nümunələr götürülərək laborator analizlərin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq emal sahəsinin  fəaliyyəti məhdudlaşdırılıb. Hazırda araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1146

Oxşar yazılar