Sabah Bakıya və bu yerlərə yağış yağacaq  - hava PROQNOZU
25 may 2026 12:40 (UTC +04:00)

Sabah Bakıya və bu yerlərə yağış yağacaq - hava PROQNOZU

2

Mayın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı
ehtimalı var. Şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-27° isti olacaq.  Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-23° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1412

Oxşar yazılar