Rusiyaya məhsul ixracına icazə verildi - RƏSMİ
22 dekabr 2020 12:18 (UTC +04:00)

Rusiyaya məhsul ixracına icazə verildi - RƏSMİ

0

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bəzi məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində hazırda Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlar zəruri tədbirlər həyata keçirir.

AQTA-dan Lent.az-a verilən məlumata görə, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb. Görüşlərdə məsələnin həlli istiqamətində irəli sürülən təkliflər mütəxəssislərin iştirakı ilə ətraflı təhlil olunub.

Müzakirələr nəticəsində artıq  "Agroterm" MMC (Xızı rayonu), "Geotermal Aqro" MMC (Kürdəmir rayonu), "GP Alpha Greenhouse" MMC (Salyan rayonu), "Hajigabul Greenhouse" (Hacıqabul rayonu) və Şükürov İlkin Mirzəxan oğluna məxsus (Masallı rayonu) müəssisələrdən pomidor, Şabran rayonundakı “TURAZ” MMC, “Ran Fruıt” MMC və Əsədov Vahid Əbil oğluna məxsus müəssisələrdən alma məhsulunun Rusiyaya ixracına icazə verilib.

Qeyd edək ki, Rusiyanın müvafiq qurumu bu icazələrin Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verdiyini bəyan edib.

Hazırda agentliklə Rusiyaın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1590

Oxşar yazılar