Bakının bu yollarında sürət həddi endirildi - DİQQƏT
23 dekabr 2020 09:43 (UTC +04:00)

Bakının bu yollarında sürət həddi endirildi - DİQQƏT

0

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib:

"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1694

Oxşar yazılar