Koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketləri
21 dekabr 2020 16:28 (UTC +04:00)

Koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketləri

Apteklərdə satılan yardım paketləri barədə TƏBİB-dən növbəti açıqlama

1

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) koronavirus xəstələri üçün nəzərdə tutulmuş, TƏBİB-ə məxsus olduğu iddia edilən dərman paketlərinin apteklərdə satılması barədə yayılan fotolarla bağlı açıqlama yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, sosial şəbəkələrdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) məxsus olduğu iddia edilən koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə fotolar paylaşılır:

"Bununla bağlı dekabrın 18-də TƏBİB-dən açıqlama verildi. İlkin olaraq bildirdik ki, bu paketlər TƏBİB-ə aid deyil. İki gündür davam edən araşdırmalarımız nəticəsində isə məlum oldu ki, bəzi apteklərdə satışa çıxarılan həmin dərman paketləri “Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb. Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib. Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə “Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib. Problem ortaya çıxan kimi həmin dərman paketləri apteklərdən geri çağırılıb.

Bir daha nəzərinizə çatdırırıq ki, TƏBİB ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicəylə məşğul olur və Bakı şəhəri istisna olmaqla, Sumqayıt, Abşeron və digər ərazilərdə evdə müalicə olunan şəxsləri dərmanla təchiz edir.

Eyni zamanda Bakı şəhəri istisna olmaqla, sözügedən ərazilərdə poliklinikalar və Təcili Tibbi Yardım xidməti TƏBİB-in nəzarətindədir. Həmin paketlərin verilməsindən imtina edildiyi təqdirdə, xahiş edirik ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 24 saat fəaliyyət göstərən 1542 nömrəli qaynar xəttinə və ya Təbib-in +99451513-1542 nömrəsinə məlumat verəsiniz".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2435

Oxşar yazılar