Ağdama növbəti köç  karvanı yola salındı-VİDEO
24 aprel 2026 06:07 (UTC +04:00)

Ağdama növbəti köç karvanı yola salındı-VİDEO

0

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.

Lent.az xəbər verir ki, bu mərhələdə respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 110 ailə – 397 nəfər doğma yurda köçürülüb.

Köçürülənlər arasında Bakı şəhərindən 84 ailə (299 nəfər), Ağcabədidən 6 ailə (25 nəfər), Bərdədən 5 ailə (20 nəfər), Mingəçevirdən 3 ailə (14 nəfər), Ağdam rayonundan 4 ailə (11 nəfər), Yevlaxdan 3 ailə (9 nəfər), Ağdaşdan 2 ailə (8 nəfər), Sumqayıtdan 1 ailə (5 nəfər), Abşerondan 1 ailə (4 nəfər) və İsmayıllıdan 1 ailə (2 nəfər) yer alıb.

Bununla da Ağdam şəhərinə ümumilikdə köçürülənlərin sayı 659 ailəyə – 2 411 nəfərə çatıb.

Boş qalan 2 evə isə qrafikə uyğun olaraq may ayında köç planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar