İrəvanda Türkiyə bayrağı  yandırıldı, Paşinyan etiraz etdi-VİDEO
23 aprel 2026 22:35 (UTC +04:00)

İrəvanda Türkiyə bayrağı yandırıldı, Paşinyan etiraz etdi-VİDEO

0

İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçilən yürüşdə Türkiyənin dövlət bayrağı yandırılıb.

Lent.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyan hadisəni pisləyib.

Yürüş iştirakçılarının bayrağı yandırması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryanın sözlərinə görə, Paşinyan bu addımı məsuliyyətsiz və yolverilməz hesab edir.

"Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə də qonşu ölkənin bayrağının yandırılması dövlət rəhbəri tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, açıq şəkildə təxribat xarakterli və gərginliyi artırmağa yönəlmiş davranışdır", - Baqdasaryan Paşinyanın mövqeyini səsləndirərkən vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar