"Onu reanimasiyada qoyub əylənməyə  getdi" – İbrahim Tatlısesin nəvəsindən şok İDDİA
23 aprel 2026 14:35 (UTC +04:00)

"Onu reanimasiyada qoyub əylənməyə getdi" – İbrahim Tatlısesin nəvəsindən şok İDDİA

0

İbrahim Tatlısesin ailəsində yeni bir qalmaqal baş verib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçinin qızı Gülşənin oğlu Burak Baran Karakeçili sosial media hesabında həm babasının köməkçisini, həm də sənətçinin özünü kəskin ittiham edən paylaşımlar edib.

Karakeçili babasının "mənə hamıdan yaxşı baxır" dediyi və bahalı hədiyyələr aldığı köməkçisi Tuğçeni saxtakarlıqda günahlandırıb. Onun iddiasına görə, Tatlıses reanimasiyada olduğu müddətdə asistenti "xəstəxanadayam, yanındayam" deyərək pul alıb, lakin sənətçini xəstəxanada qoyaraq əylənməyə gedib.

Bununla yanaşı, Karakeçili İbrahim Tatlısesin övladları arasında ədalətsiz bölgü apardığını da iddia edib. O bildirib ki, babası Bitezdəki 48 mənzillik yaşayış kompleksindən 7 övladından yalnız üçünə ev verib, aralarında Karakeçilinin anasının da olduğu digər dörd övladını isə bu mülkdən məhrum edib. "Məsələ mal-mülk deyil, illərdir davam edən qeyri-adil atalıq münasibətidir" deyən nəvə, babasının övladları və nəvələri arasında fərq qoyduğunu qeyd edib.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu iddialara İbrahim Tatlıses və ya köməkçisi tərəfindən hələlik heç bir rəsmi cavab verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar