Bakıda və bölgələrdə qatı duman var - FAKTİKİ HAVA
23 aprel 2026 10:54 (UTC +04:00)

Bakıda və bölgələrdə qatı duman var - FAKTİKİ HAVA

0

Hazırda ölkə ərazisinin bəzi yerlərində duman müşahidə olunur.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Quba, Qusar, Şabran və Saatlıda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşır.

Dumanlı hava şəraitinin aprelin 23-24-də fasilələrlə davam edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar