Kubok finalında görünməmiş hadisə:  Hakim telefona cavab vermək üçün oyunu dayandırdı
22 aprel 2026 19:20 (UTC +04:00)

Kubok finalında görünməmiş hadisə: Hakim telefona cavab vermək üçün oyunu dayandırdı

0

Hollandiyalı hakim Denni Makkeli AZ Alkmaar-NEK Neymeqen arasında keçirilən kubok finalında dünya futbolunda görünməmiş bir hadisə ilə tarixə düşüb. Təcrübəli hakim zəng edən telefona cavab vermək üçün oyunu dayandırıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, AZ Alkmarın 5:1 hesabı ilə qalib gəldiyi oyunun gedişindəki zəngin arxasındakı təfərrüatlar oyundan bir neçə saat sonra ortaya çıxıb. 

Hakim Denni Makkeli oyun zamanı görüşü dayandırıb və kənara çəkilib. Təcrübəli hakimin zəngə cavab verməsi həm tribunada oturanları, həm də ekranda izləyənləri təəccübləndirib. 

Bu hadisənin təfərrüatları oyundan bir neçə saat sonra ortaya çıxıb. Məlum olub ki, hakim Hollandiya Futbol Federasiyasının bəzi rəsmiləri ilə tribunalardan meydana atılan fişənglər və təhlükəsizlik tədbirləri ilə bağlı danışıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar