Mənzil sahibi olmaq istəyənlər üçün gözlənilən fürsət gəldi! "Kristal"ın "Biləcəri" layihəsində tam təmirli, yeni mənzillər satışa çıxdı!
Sən də metroya yaxın, tam təmirli mənzil sahibi olmaq, üstəlik bunu 20% ilkin ödənişlə əldə etmək istəyirsənsə, "Biləcəri"də möhtəşəm fürsət səni gözləyir.
Sənə həm rahat, həm də funksional yaşayış təqdim edən bu mənzillər 55,88 kv.m sahəyə malikdir. Tam təmirli şəkildə təqdim olunan bu evləri cəmi 20% ilkin ödənişlə və 20 ilədək ipoteka şərtləri ilə əldə etmək mümkündür.
“Biləcəri” layihəsi yerləşdiyi ərazi ilə xüsusi üstünlük yaradır. Kompleks “Avtovağzal” metro stansiyasına avtomobillə cəmi 3 dəqiqəlik məsafədə yerləşir. Şoseyə və metroya bu qədər yaxın olmaq sənə gündəlik həyatında vaxt qazandırır, ictimai nəqliyyatdan rahat və sürətli istifadə imkanı yaradır.
Kompleks tam təmirli mənzillə yanaşı, tam bir kompleks həyat tərzi təqdim edir. Həyətində geniş park, uşaqlar üçün meydança və uşaq bağçası mövcuddur. Yaxınlıqda yerləşən 2 saylı tam orta məktəb isə ailələr üçün əlavə rahatlıq yaradır. Yeraltı dayanacaq avtomobillərin təhlükəsizliyini təmin edir, mühafizə xidməti və kamera nəzarət sistemi isə sənin və ailənin təhlükəsizliyini qoruyur. Burada yaşayaraq evindən uzaqlaşmadan bir çox gündəlik ehtiyaclarını rahatlıqla həll edə biləcəksən.
Mənzillər sakinlərə tam təmirli və bütün kommunal xidmətlərlə təmin olunmuş şəkildə təhvil veriləcək. Səs və istilik izolyasiyası isə komfortu daha da artırır. “Kristal” mənzillərin yalnız sahəsinə deyil, düzgün planlanmasına da xüsusi önəm verir. Buna görə də hər bir mənzil optimal və itkisiz planlama ilə inşa edilib ki, sən evində maksimum rahatlıq hiss edəsən.
Biləcəridə yaşıllığın əhatəsində öz evinə sahib olmaq üçün indi ən doğru zamandır. Fürsəti qaçırma, satış ofisinə yaxınlaş və yeni həyatına ilk addımı at!
Ətraflı: *1544